Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2021
13:44
Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Azərbaycanda mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 17-21, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Məqalədə : yağış 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
502

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
398

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
411

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
682

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
492
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 04:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru