Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2019
14:18
916
Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Azərbaycanda oktyabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 21-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksəkləcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktybarın 9-da hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 9-da Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin gündüz saatlarında güclü şimal-qərb küləyinə keçəcəyi gözlənilir ki, bu da meteohəssas insasnlar üçün əsasən əlverişsizdir.

Nazirlik həmçinin xəbərdarlıq edib ki, okyabrın 9-u gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Məqalədə : külək 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
47

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
322

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
144

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
64

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
131

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
53
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 02:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru