Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2019
13:17
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, avqustun 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə Abşeron yarımadasında 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 30-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqalədə : hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7741

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6529

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8142

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8014

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11677

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7777
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-07-2020 02:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru