Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyun

2020
13:06
Sabaha olan hava proqnozu açıqlanıb

İyunun 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 16-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildi.

Məqalədə : hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
530

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
566

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
602

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
537

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
678

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
540

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
681
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-04-2021 19:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru