Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2021
13:01
Sabah 37 dərəcə isti olacaq

İyulun 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-34 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 , gündüz 35-45 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24 isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.

İyulun 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 32-37 isti, dağlarda gecə 13-18 isti, gündüz 20-25 dərəcə isti olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xocalıda silah-sursat aşkarlanıb

29

İyul
14:32
HƏRB
270

Bayden Obamanı Trampla səhv saldı

29

İyul
14:19
DÜNYA
275

Erməni terrorçu qrupun üzvlərinə hökm oxunub

29

İyul
13:30
HÜQUQ,HADİSƏ
265

Sabahın hava proqnozu açıqlandı

29

İyul
13:03
ÖLKƏ
241

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
470

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
294

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
371
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 20:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru