Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2021
13:54
Sabah 32 dərəcə isti olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Faktxəbər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 12-16 isti, gündüz 23-28 isti, Bakıda gecə 14-16 isti, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi  norma daxilində - 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 45-20 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  12-17 isti, gündüz  27-32 isti, dağlarda gecə 6-11 isti, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 14-də Abşeron yarımadasında meteoroloji amillərin  mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda istehlak bazarı cüzi kiçilib

15

İyun
12:53
İQTİSADİYYAT
312

Sabahın hava proqnozu

15

İyun
11:44
ÖLKƏ
305

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
585
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2021 05:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru