Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2021
16:38
Saatlıda sakinlərlə İcra Hakimiyyəti arasında nə baş verib? - VİDEO

Sosial şəbəkələrdə bir qrup Saatlı sakininin rayonun kəndlərində su probleminə etiraz etməsi ilə bağlı videogörüntülər yayılıb. Bildirilir ki, vətəndaşlar bir neçə ildir ki, susuzluqdan əziyyət çəkirlər. Sakinlər yolu bağlamağa cəhd edən zaman hadisə yerinə polislə bərabər, rayon İcra Hakimiyyətinin başçısı da gəlib. 

“Qafqazinfo” görüntülərlə bağlı Saatlı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının köməkçisi Ruhid Əzizov saytımıza bildirib ki, su probleminin həlli üçün Kürdən beton kanalla rayona su çəkilməlidir: “Bununla bağlı Prezident layihə hazırlanması üçün göstəriş verib. Bildiyiniz kimi, Saatlı rayonunun su mənbəyi Araz çayındandır. Araz çayında su o qədər aşağı düşüb ki, su ilə təminatda çox çətinlik var. Susuzluq problemi yaşayan kəndlər də Saatlının axırında yerləşir. Belə ki, 7 kənd susuzluqdan həmişə əziyyət çəkir. Bunlar Çolpu, Nabatkənd, Orta Muğam, Soltanabad, Mircəlalkənd, Nəsimikənd və Smadakəndləridir.

Onlar sudan həm içmək, həm də suvarma məqsədilə istifadə edirlər. Biz kəndlilərin su çətinliklərini nəzərə alıb kəndlərə su maşınları cəlb etmişik. Gündəlik olaraq vətəndaşlara pulsuz su paylanılır. Hər kəndə 1 ton su paylanılır. Həmin kəndlərdə kanalda su olmadığı üçün su maşınları daha uzaq məsafədən suyu daşıyırlar”.

R. Əzizov qeyd edib ki, rayonda hava 5-6 aydır ki, quraq keçir, yağış yağmır: “Artıq payız gəldiyinə görə yağışlar mövsümü başlaya bilər. Bu zaman Arazda su olacaq. Susuzluq problemi həmişə yay aylarında müşahidə edilir. Bu, bizim rayonda qlobal problemdir. Layihə təsdiq olunub maliyyə ayrıldıqdan sonra onun yekunlaşması bir müddət çəkə bilər. Çünki beton kanalın uzunluğu 17,3 kilometrdir. Ümid edirik ki, yaxın zamanlarda məsələ öz həllini tapacaq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
431

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
578

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
573

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
614

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
600
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 09:47





  [email protected]om

Valyuta.com

Рейтинг@Mail.ru