Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2019
11:06
Saathesabı dərs deyən müəllimlərin ödənişləri artırılıb

Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə qərar verib.

Baş Nazir Novruz Məmmədovun imzaladığı qərarla “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” artırılaraq yeni redaksiyada təsdiqlənib.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 12,20 manat, dosent və ya fəlsəfə doktoru üçün 8,90 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 6 manat məbləğində müəyyənləşdirilir. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 7,80 manat, geyimsiz naturada isə 12,90 manat məbləğində müəyyən olunur. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.

Məqalədə : Saathesabı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Putin baş prokuroru istefaya göndərib

20

Yanvar
15:09
DÜNYA
267

"Qoca"nın qardaşı həbs edilib - FOTO

20

Yanvar
14:45
HÜQUQ,HADİSƏ
3482

Bu gün Dünya İqtisadi Forumu başlayır

20

Yanvar
13:20
DÜNYA
273

Sabaha olan hava proqnozu açıqlanıb

20

Yanvar
12:50
ÖLKƏ
325

Lənkəranda ağır qəza: Sürücü yanaraq öldü

20

Yanvar
10:27
HÜQUQ,HADİSƏ
444

Hesabatlar bu gündən təqdim edilməlidir

20

Yanvar
10:16
SİYASƏT
408

Bakı-Quba yolunda zəncirvari qəza baş verib

20

Yanvar
08:56
HÜQUQ,HADİSƏ
434
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2020 08:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru