Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2019
22:03
1121
Rövnəq Abdullayev: Hansı Qarabağ qazisi müharibə vaxtı...

SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin mühafizə xidmətinin əməkdaşları ilə Binqədidə qanunsuz tikinti aparmağa cəhd edən şəxs və onun köməyə çağırdığı qrup arasında baş vermiş, günlərdir müzakirə olunan qarşıdurma haqda danışıb. FaktXəbər-in məlumatına görə, "oxu.az"a açıqlamasında Rövnəq Abdullayev bildirib ki, hadisə yerindən çəkilmiş fotolardan, videogörüntülərdən özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən şəxslərin qabaqcadan hazırlaşıblar: 

"Onlar hadisə yerinə gəldikləri maşınların dövlət nömrə nişanlarını çıxarıb və göründüyü kimi, əvvəlcədən düşünülmüş plan üzrə öz hüquqazidd əməllərini həyata keçiriblər.

Biz, əlbəttə ki, araşdırmalardan sonra bu qənaətə gəldik. Hətta, özünü qazi adlandıran bu şəxslərin əməllərini elə qazilər tənqid etdilər, əlil cəmiyyətləri, ictimai şəxslər onların bu əməllərini pislədi. Onlar təkcə SOCAR mühafizə idarəsinin əməkdaşlarına deyil, eyni vaxtda polislərə qarşı da təxribata əl atmaqdan çəkinmədilər.

Hansı Qarabağ qazisi müharibə vaxtı çiyin-çiyinə vuruşduğu polis əməkdaşına əl qaldırar? Həmçinin, o mühafizəçilər qazilərimizin övladı, oğlu yaşındadır. İnanın ki, heç bir qazimiz övladı yaşında uşağa əl qaldırmaz, bu, bizim milli xüsusiyyətlərimizlə, ənənələrimizlə ziddiyyət təşkil edir." 

Məqalədə : Rövnəq Abdullayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1058

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
63

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
89

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
309

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
345
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 20:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru