Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2020
10:35
Rövnəq Abdullayev: `Ən zəiflər qrupundan çıxa bilmədik`

"Hesabat dövrü beynəlxalq tədbirlərin təşkili baxımından əlamətdar olub. Mötəbər yarışlara dəstək olduğu üçün Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm".

Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. O, Avropa Liqasının finalını izləməyə xaricdən 38 min nəfərin gəldiyini və bu qarşılaşmanın son 10 ilin ən yüksək səviyyəli finalı kimi dəyərləndirildiyini söyləyib.

R.Abdullayev Şamaxıda yeni stadionun tikiləcəyini də bildirib. Onun sözlərinə görə, artıq layihə də hazırdır və işlərə bu il başlanılacaq. Eyni zamanda Gəncədə idman kompleksi nəzərdə tutulur və hazırda Sumqayıt şəhər stadionu yenidən qurulub.

Azərbaycan millisinin UEFA Millətlər Liqasında qrupdan çıxa bilmədiyini söyləyərək, "Ən zəiflər qrupundan çıxa bilmədik. Bu, AVRO-2020-yə yüksəlmək baxımından yaxşı şans idi. Seçmə mərhələdə qrupda 1 xalla sonuncu olduq. Klublarımız isə avrokuboklarda yaxşı çıxış etdilər. "Qarabağ" ardıcıl 6 dəfə qrupa düşdü".

AFFA prezidenti hakimlərin peşəkar səviyyəyə çatdırıldığını və artıq digər ölkələrin çempionatlarının oyunlarını belə idarə etməyə başladıqlarını xatırladıb.

R.Abdullayev AVRO-2020-də Azərbaycanı 4 oyunu keçirmək baxımından böyük məsuliyyətli işin gözlədiyini və bunun da öhdəsindən layiqincə gələcəyinə əminlik ifadə edib.

Məqalədə : Rövnəq Abdullayev AFFA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu məhkəmələrdən xalq narazıdır - SİYAHI

19

Fevral
10:31
HÜQUQ,HADİSƏ
381

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
405

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 12:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru