Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2021
10:07
Rövşən Lənkəranskinin qardaşı danışdı

“Mənim “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun ölümündə şübhəli qismində axtarışa verilməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Nadir Səlifovun qətli ilə bağlı heç bir əlaqəm yoxdur”.

Bu sözləri Unikal.org-a açıqlamasında mərhum avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev deyib. O, “Lotu Quli”nin qətli ilə bağlı hər şeyin aydın olduğunu da bildirib: “Adım bu qətldə niyə hallandırılır? Öldürən şəxs məlumdur. Mən niyə axtarışa verilməliyəm ki?”

Xatırladaq ki, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun qətlində şübhəli bilinən 4 nəfər dünən Bakırköy məhkəməsinə çıxarılıb.  Şübhəlilər N.A., C,K., E.A. və M.Y. barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir. Türkiyə mediasının iddiasına görə, Namiq Canıyev də axtarışa verilib.

Qeyd edək ki, Rövşən Lənkəranski 2016-cı ildə, “Lotu Quli” isə 2020-ci ildə qətlə yetirilib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
235

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
224
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 04:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru