Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2019
11:34
Rusiya yeni fiziki prinsiplər əsasında işləyən silah hazırlayır

Hava hücumu vasitələrinin daim inkişafı ilə əlaqədar olaraq Rusiya ordusunun hava hücumundan müdafiə bölmələri yeni fiziki prinsiplərə söykənən komplekslərlə təchiz ediləcəkdir.

FakXəbər-in məlumatına görə, bu barədə Rusiya ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandiri general-leytenant Aleksandr Leonov "Krasnaya Zvezda" portalına bildirib. 

Onun sözlərinə görə bu, lazer və mikrodalğalı silahlardı və onların üzərində ciddi işlər aparılır. 

General qeyd edib ki, yaxın gələcəkdə ən vacib istiqamətlərdən biri dronlara qarşı mübarizə olacaq, məhz buna görə də qısa mənzilli zenit sistemləri üçün dronları aşkarlayaraq məhv edə biləcək genişləndirilmiş raket sursatı hazırlanacaq.

"Orta mənzilli hava hücumundan müdafiə sistemlərinin vəzifəsi hər cür bazalı və əməliyyat-taktiki ballistik raketləri aşkar etməkdən ibarətdir. Uzun mənzilli sistemlərinin əsas vəzifəsi isə hipersəsli hədəfləri və ballistik raketləri məhv etməkdir", - Leonov vurğulayıb.

Məqalədə : HHM Aleksandr Leonov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabiq icra məmuru və müstəntiqlə bağlı qərar

27

Yanvar
14:55
HÜQUQ,HADİSƏ
55

Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA

27

Yanvar
12:05
MÜNASİBƏT
293

SOCAR neft emalı üzrə proqnozunu açıqlayıb

27

Yanvar
10:43
İQTİSADİYYAT
241

Abşeronda məktəbliləri vuran sürücü həbs edildi

27

Yanvar
10:33
HÜQUQ,HADİSƏ
302
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2020 15:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru