Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2019
09:24
Rusiya XİN Qoşulmama Hərəkatının Bakı Zirvə görüşü barədə bəyanat yayıb

Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 25-26-da Bakıda keçirilən Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü barədə məlumat yayıb. 

Məlumatda Bakıda keçirilən Zirvə görüşündə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Verşininin rəhbərlik etdiyi bildirilib. 

“Zirvə görüşündə beynəlxalq gündəmdə olan aktural məsələlər diqqət mərkəzində olub. BMT Nizamnaməsinə ciddi şəkildə əməl edilməsinin və daxili işlərə qarışmamaq, güc tətbiq etməmək, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət kimi beynəlxalq hüququn əsas normalarına riayət olunmasının vacibliyi vurğulanıb. Qoşulmama Hərəkatının potensialının gücləndirilməsinə, dövrümüzün çağırış və təhdidlərinə kollektiv cavab axtarmağın vacibliyinə xüsusi diqqət yetirilib. Müzakirələrin yekunu olaraq Qoşulmama Hərəkatının Bakı deklarasiyası qəbul olunub. Deklarasiyada Hərəkatın qarşıdakı üç ildə prioritet fəaliyyət istiqamətləri müəyyən olunub. Bundan başqa, Fələstinlə bağlı, eləcə də Boliviyadakı prezident seçkiləri- E.Moralesə dəstəklə bağlı birgə deklarasiyalar qəbul olunub.

S.Verşinin öz çıxışında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təbrik məktubunu oxuyub, Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa və dünya siyasətinin beynəlxalq hüquqi əsasının möhkəmləndirilməsinə Rusiyanın yanaşmasını açıqlayıb.

Forum çərçivəsində S. Verşinin bir sıra ikitərəfli görüşlər də keçirib”-deyə Rusiya XİN-in məlumatında qeyd olunub./apa

Məqalədə : Qoşulmama hərəkatı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53815

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51958

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53398

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53158

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58503

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52756

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53182
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-11-2020 23:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru