Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2020
10:02
Rusiyanın Uzaq Şərqdəki 5 bölgəsi Çin ilə sərhədi bağlayacaq

Baş nazir müavini Tatyana Qolikova Rusiyanın Uzaq Şərqdəki beş bölgəsində - Amur, EAO, Trans-Baykal, Primorski və Xabarovsk ərazilərində - Çin ilə sərhəddəki nəzarət məntəqələrinin bağlanacağını söyləyib. RİA Novosti xəbər verir ki, həm avtomobil, həm də piyada hərəkəti əngəllənir.

Bu tədbirlər koronavirusun yayılması səbəbiylə əməliyyat qərargahı tərəfindən həyata keçirilib. Yanvarın 30-dan 31-nə keçən gecə Çin ilə dəmir yolu əlaqələri məhdudlaşdırılacaq. Sadəcə Moskva - Pekin - Moskva marşrutu ilə gedən qatar qalacaq. Yanvarın 31-də hava nəqliyyatının məhdudlaşdırılması barədə qərar qəbul ediləcək, hazırda bir sıra Rusiya şirkətləri Çinə uçuşların sayını azaldıb.

Qolikova həmçinin Rusiya Federasiyasının universitetlərinə Çindən gələn tələbələr üçün tətil müddətinin uzadılmasının təklif olunduğunu söyləyib. 

Məqalədə : Çin Rusiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
553

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
447

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
688

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
533

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
445
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 20:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru