Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2020
11:48
Rusiyanın ən varlı qadının adı açıqlanıb

"Wildberries" internet pərakəndə satışın qurucusu Tatyana Bakalçuk keçmiş Moskva meri Yuri Lujkovun dul xanımı Yelena Baturinanı qabaqlayaraq Rusiyanın ən varlı qadını olub. Bu barədə "Forbes" yazır.

Bakalçukun sərvəti il ərzində 400 milyon dollar artaraq, 20 fevral 2020-ci il tarixinə 1,4 milyard dollar olub. Baturinanın eyni dövrdəki sərvəti dəyişməyib və 1,2 milyard dollar təşkil edir.

Bakalçukun maliyyə vəziyyətinə dair yeni məlumat odur ki, "Wildberries" onlayn mağazasının 2019-cu ildə satışları 88 faiz artıb.

Eyni zamanda, sahibkar ilk dəfə Rusiyada ən varlı insanların siyahısına yalnız 2018-ci ildə daxil olmuşdu və həmin zaman "Forbes"in verdiyi məlumata görə sərvəti 600 milyon dollar təşkil edirdi. 2019-cu ilin əvvəlində isə o, siyahlya milyarder kimi daxil oldu və ilin sonuna qədər Rusiyanın ən varlı qadınları sıralamasında ikinci yeri tutdu.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4662

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3162

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2521

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 02:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru