Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2019
12:20
890
Rusiyanın Azərbaycanda AES tikməsi böyük riskdir - Politoloq

Ötən gün Rusiya mətbuatında bu ölkənin Azərbaycanda Atom Elektrik Stansiyası (AES) tikməyi təklif etdiyi haqda məlumat verilib. Jurnalistlərə açıqlamasında “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçyov Prezident İlham Əliyevlə Rusiya lideri Vladimir Putinin görüşünündə bu məsələnin müzakirə olunduğunu bildirib. 

Siyasi şərhçi Şahin Cəfərli məsələyə münasibət bildirib. O, hesab edir ki, AES-in tikintisi çox böyük pullar tələb edir: "Əgər sənin lazımi elmi-texnoloji imkanların yoxdursa, AES onu inşa edib, istismarını həyata keçirən ölkədən (şirkətdən) asılılıq deməkdir, xüsusən neoimperial maraqlarını hər şeyin önünə qoyan şimal qonşumuzdan söhbət gedirsə".

Ekspert AES-in Azərbaycan üçün risk daşıdığını, xüsusən də yüksək texnologiyaların tətbiqində öndə gedənlər sırasında olmayan ölkə tərəfindən inşa ediləcəyi təqdirdə nəticələrin nə olacağından ehtiyyatlanmağı məsləhət bilir: "Azərbaycan kimi nəhəng sənaye potensialı olmayan, eyni zamanda özü enerji daşıyıcıları hasil və ixrac edən balaca ölkənin AES-ə ehtiyacı varmı, bu da ən azından şübhəli məsələdir. Dünyada müasir trend AES-dən tədricən imtina edib yaşıl enerjiyə keçməkdir, bu dövrdə AES-ə nə dərəcədə həyati ehtiyac var, bu da ən azı mübahisəlidir". 

Politoloq bildirib ki, Rusiya AES-in tikintisini həm geopolitik, həm də ticari səbəblərlə müxtəlif ölkələrə təklif edir:

"AES-i başqası gəlib inşa edərək işlədəcəksə, bunun asılılıq olacağını yuxarıda qeyd etdik. AES tikintiləri Rusiyaya həm də ona görə lazımdır ki, davamlı gəlir mənbələri yaratsın, “Rosatom”u saxlaya bilsin, öz alim və mühəndislərinin ölkəni tərk etməsinin, yəni “beyin axını”nın qarşısını alsın. Bu, bizim yox, Rusiyanın problemidir. Türkiyə bu səhvi etdi, biz etməyək. Amma bölgədəki Rusiya reallığını unutmadan bu ölkə ilə iqtisadi əlaqələrin inkişafı normaldır və lazımlıdır, o ayrı məsələ". 

Məqalədə : Politoloq Şahin Cəfərli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1060

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
63

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
89

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
310

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
345
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 20:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru