Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2019
15:02
Rusiya müxalifətçi bloqeri Azərbaycana deportasiya edir

Rusiyanın Sankt-Peterburq şəhərində saxlanılan, internet platformalarında Azərbaycanda separatizmin təbliği və zorakılığa çağırışlar etməklə məşğul olan müxalifətçi bloqer Elvin İsayevin Bakıya deportasiya ediləcəyi gözlənilir.

Elvin İsayevin saxlanıldığı haqda onun vəkillər bu gün avqustun 26-da danışıblar. İsayev ötən şənbə günü-avqustun 24-də saxlanılıb və polis bölməsinə aparılıb. Onu Petro-Slavyanka küçəsindəki evinin yanında tutublar. Vəkilin bildirdiyinə görə, 39 yaşlı bloqer Rusiyanın İnzibati Hüquqpozmalar Məcəlləsinin 18.8 maddəsi ilə üzləşib. Həmin maddə xarici ölkə sakininin və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən  Rusiya ərazisində qalma qaydalarının pozulmasını nəzərdə tutur. Həmin maddəyə əsasən İsayevi deportasiya gözləyir.

Bildirilir ki, Elvin İsayev on illərdir Sankt-Peterburqda yaşayır, orada peterburqlu ilə evlənib və iki oğlu var. 2014-cü ildən Rusiya vətəndaşlığı alıb. Lakin vəkil deyir ki, onun pasportu artıq ləğv olunub.

İsayevin həmyerliləri avqustun 25-də onun saxlanıldığı polis bölməsinin qarşısına toplaşıblar, amma səs-küy salsalar da heç bir nəticə əldə edə bilməyiblər. Toplaşanları bölməyə aparıb barmaq izlərini götürüblər və buraxıblar.

E.İsayevin barəsində Azərbaycan hüquq-mühafizə orqanlarının hansısa təhqiqat apardığı məlum deyil. (Virtualaz)

Məqalədə : Elvin İsayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42523

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
40895

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42418

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
41911

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47427

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41874

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42276
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2020 05:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru