Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2019
10:02
Rusiya MN: Ağ dəbilqələrin Suriyada təxribata hazırlaşır

Rusiya Federasiyası Müdafiə Nazirliyində "Hayat Tahrir al-Sham" terrorçularının "Ağ dəbilqələr" təşkilatı ilə birlikdə İdlibdəki yaşayış məntəqələrində kimyəvi silah istifadəsini əks etdirən təxribatlar planlaşdırdığı barədə məlumatlar var.

FaktXəbər-in TASS agentliyinə istinadən məlumatına görə, bu barədə Rusiya ordusunun mətbuat xidmətindən bildirilib.

""Hayat Təhrir əş-Şam" qruplaşmasının üzvü olan sahə komandiri Əbu Malekin dəstəsindən olan hərbçilərin "Ağ dəbilqələr" təşkilatı ilə birlikdə İdlib de-eskalasiya zonasında yaşayış məntəqələrində təxribatlar həyata keçirərək hava zərbələri endirilməsi və kimyəvi silahdan istifadə edilməsi görüntüsü yaradacağı barədə bir neçə mənbədən təsdiqlənmiş məlumat alınıb. Hava zərbələrinin və zəhərli maddələrin istifadəsini əks etdirən mənzərələrin çəkilişində iştirak etmək üçün yaraqlılar yerli sakinləri seçirlər", - deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyi xüsusən Sarmad kəndinin sakinlərindən (İdlibdən 30 km şimal-şərqdə) gələn məlumatlara istinad edir. Məlumata görə, naməlum şəxslər və müxtəlif kimyəvi konteynerləri olan üç yük maşını karvanı silahlı yaraqlıların müşayiəti ilə noyabrın əvvəlində oraya gəlib. "Nəqliyyat vasitələrindən birində peşəkar video avadanlıqlar, Sovet və Rusiya nişanları olan aviasiya və artilleriya döyüş sursatlarının parçaları olub", - deyə mətbuat xidməti bildirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hava hücumları və atəş zərbələri zamanı mülki obyektlərin məhv edilməsinə, habelə İdlib əyalətində kimyəvi silah istifadəsinə şəhadət verən saxta videoların sosial şəbəkələrdə yerləşdirilməsi planlaşdırılır və Suriya hökumətinin cinayətləri və Rusiya Aerokosmik Qüvvələrinin mülki şəxslərə qarşı hərəkətləri sübut kimi təqdim olunur.

Məqalədə : Ağ dəbilqəlilər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
341

Tramp impiçment istədi

06

Dekabr
11:43
DÜNYA
281
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 15:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru