Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2019
11:36
2600
Rusiyalı məşhur futbolçu: `Mxitaryan qorxursa, özünə pampers alsın`

Rusiya milli komandasının sabiq futbolçusu, eləcə də "Mançester Yunayted" və "Everton" kimi ingilis klublarında top qovmuş Andrey Kançelskis Avropa Liqasının "Çelsi" - "Arsenal" finalının gözləntilərindən danışıb və Henrix Mxitaryanın Bakıya gəlməkdən imtinasını şərh edib. FaktXəbər bildirir ki, bu barədə o, "Rusfootball"a müsahibə verib.

Rusiyalı ekspert əmindir ki, Bakıda final qarşılaşmasında baxımlı futbol olacaq: "Komandaların şansları barədə danışırıqsa, onda bu an üçün deyə bilərəm ki, "Çelsi" daha üstün görünür. Çünki bütün xəttlərdə balanslaşdırılmış bir kompozisiya var. Hesab edirəm ki, onlar qələbə qazanacaqlar. Ancaq final elə finaldır. Fikrimcə, penalti zərbələrinə ehtiyac olmayacaq. Ancaq hər halda, oyun baxımlı olacaq, çünki ingilislər açıq futbol oynayırlar. Məhsuldar oyun gözlənilir".

Mxitaryanın Bakıya gəlməməsini anlamadığını bildirən Andrey Kançelskis, onu qorxaq adlandırıb: "Onun Bakıya uçmaması barədə qərarını başa düşmürəm. Kimdən qorxursunuz? Hansı siyasi əlaqələrdən? Siz futbol oynayırsınız - getmək və oynamaq lazımdır. Bu nə cəfəngiyatdır. Azərbaycanla Ermənistan arasındakı münasibətlər necə olursa olsun, getmək və futbol oynamaq lazımdır. Sizə heç kəs barmağı ilə də toxunmayacaqdı. Onu fitə basa bilərdilər. Maradonada da İngiltərəyə əllə qol vurduğu üçün onu fitə basırdılar. Maradona hər halda sağdır. Mxitaryan çox qorxursa, onda özünə uşaq bezi alsın".

Məqalədə : Mxitaryan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1202

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1370

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1822

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1119

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1467

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1202

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1818
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 07:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru