Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2021
10:12
Rusiya ilə İran arasında fərdi vizalar ləğv edilir

Rusiya və İran qrup halında səfər edəcək turistlərin fərdi vizalarının ləğv edilməsi haqda razılaşma imzalayacaqlar.

Gazeta.ru-nun məlumatına görə bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali öz Facebook hesbaında yazıb.

"Bu gün qrup halında səfər edəcək turistlərin fərdi vizalarının ləğv edilməsi haqda razılaşma imzalamaq üçün İranın turizm, mədəni irs və əl işləri sənayesi naziri Əli Əsğər Munesan Moskvaya səfər edəcək" , - deyə Kazem Cəlali yazıb.

Diplomatın sözlərinə görə, müqavilənin imzalanmasından sonra hər iki ölkədən olan turistlər akreditə olunmuş şirkətlər vasitəsilə İrana və Rusiyaya səyahət edə biləcəklər.

Bu zaman, viza bütün qrupa veriləcək. Cəlali vurğulayıb ki, turizm İran-Rusiya münasibətlərinin inkişafına etibarlı zəmanətdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
180

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
291

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
285

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
275

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2021 04:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru