Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2020
13:31
Rusiyada koronavirus peyvəndini sınamaq üçün könüllülər seçildi

Rusiyada koronavirus peyvəndini sınamaq üçün könüllülər seçilib. Bu barədə TASS Rusiya Müdafiə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

"Rusiya Müdafiə Nazirliyi yeni koronavirus infeksiyası CoViD-19 üçün unikal peyvəndin klinik sınaqları üçün könüllülərin seçimini başa çatdırdı", - deyə  nazirlikdən bildirilib.

Peyvəndin klinik sınaqlarını aparmaq üçün Rusiyadakı müxtəlif bölgələrdən 50 hərbi qulluqçu seçilib: 45 kişi və beş qadın. Bütün könüllülər müayinə və sınaqdan keçirilib. Bir ay ərzində onlara heç bir xəstəlik diaqnozu qoyulmayıb.

Birinci əsgər qrupunun iyunun 3-də Rusiya Müdafiə Nazirliyinin 48-ci Mərkəzi Elmi Tədqiqat İnstitutundakı xüsusi müəssisəyə gəlməsi müəyyənləşdirilib. Orada hərbçilər əvvəlcədən dərin tibbi müayinədən keçiriləcək, təcrübəyə hazırlaşacaqlar.

Daha əvvəl yeni növ koronavirus infeksiyası olan rusların bu xəstəliyə qarşı peyvəndin klinik sınaqları çərçivəsində könüllü ola bilməyəcəyi açıqlanmışdı.

Məqalədə : koronavirus peyvənd 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4885

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3963

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5611

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5654

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
7108

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5391
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-07-2020 13:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru