Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2020
16:48
Rusiyada koronavirusa yoluxmanın iki verisyası irəli sürülüb

Rusiyalı mütəxəssislər yeni koronavirus ilə təmassız yoluxmanın iki variantını irəli sürüblər. Bu barədə "İzvestiya" qəzeti yazıb.

Birinci versiyaya görə, Çinə hec vaxt getməyən və heç vaxt xəstələrlə təmasda olmayan koronavirusa gizli yoluxanlar müxtəlif ölkələrdə görünə bilər. Onların fikrincə, patogen Çindən gələn və heç bir koronavirus simptomu olmayan insanlardan keçə bilər.

Bundan əlavə, mütəxəssislər patogenin yayılmasına qarşı əsas tədbir kimi  hava limanlarında müayinəni qeyri-effektiv adlandırıb. Virosuloqlar əmindirlər ki, sözügedən müayinədən sonra xəstələrin yarısından çoxu diqqətdən kənarda qalır, çünki virus qana düşəndən sonra təxminən 2-3 həftə heç cür özünü göstərmir. 

Mütəxəssislər xatırladıblar ki, insanlar koronavirusla 1965-ci ildən tanışdır. Əhalinin 80%-də koronavirusun digər ştamlarına antikorlar mövcuddur. 

İkinci versiyaya görə isə bu müxtəliflik diaqnozda istifadə edilən testlərin COVID-19-a deyil, başqa bir genetik cəhətdən sıx ştamma cavab verdiyinə görə ola bilər. 

Mütəxəssislərin fikrincə, hazırda koronavirusa qarşı edilən tədbirlər qənaətbəxş sayıla bilməz. Onlar ölümcül virusa qaşı daha ciddi şəkildə yanaşmağa çağırıblar. Onların fikrincə, tənəffüs yoluxucu xəstəliklərin praktik yönümlü tədqiqatlarına diqqət cidii şəkildə artırılmalıdır. 

Qeyd edək ki, ötən il dekabrın 31-də Çin hökuməti ÜST-ü Uxan şəhərində naməlum sətəlcəm növünün yayılması ilə əlaqədar xəbərdar edib. Yanvarın 7-də çinli mütəxəssislər xəstəliyi 2019-nCoV koronavirusunun törətdiyini müəyyən ediblər. Yeni sətəlcəm növünün laboratoriya testlərindən sonra qrip, quş qripi, ağır respirator sindromlar və Yaxın Şərq respiroator sindromu (MERS) mümkün patogenlər siyahısından çıxarılıb.

Məqalədə : Koronavirus Rusiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52892

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51107

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52538

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52220

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57667

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51886

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52251
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 07:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru