Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2019
09:12
Rusiyada azərbaycanlını qətlə yetirmiş erməni ölkəsinə ekstradisiya olunacaq

Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə 18 il azadlıqdan məhrum olunmuş Ermənistan vətəndaşı Arman Arakelyan ölkəsinə ekstradisiya olunacaq.

Bu barədə "News.am"a Arman Arakelyanın oğlu Qurgen Arakelyan bildirib.

Onun sözlərinə görə, Arman Arakelyanın ekstradisiyası 1-2 ay vaxt aparacaq.

"Ekstradisiyanın həyata keçirilməsi üçün müəyyən proses var, hansı ki, hələ başa çatmayıb", - deyə o bildirib.

Qeyd edək ki, Rusiya daha əvvəl Arman Arakelyanı Ermənistana ekstradisiya etməyə hazır olduğunu bildirib. Lakin Ermənistanın keçmiş ədliyyə naziri Artak Zeynalyan bunu məqsədəuyğun hesab etməyib.

Arman Arakelyan Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə, 18 il müddətinə azadlıqdan məhrum edilib. O, artıq 4 ildir Murmansk həbsxanasında cəza çəkir.

Qeyd edək ki, Arman Arakelyanın oğlu və qohumları qatilin ekstradisiya edilməsi tələbi ilə Ermənistanda, hökumət binası qarşısında aksiya keçiriblər. /Report

Məqalədə : azərbaycanlı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda məktəbli qızı maşın vuraraq öldürüb

18

Yanvar
14:09
HÜQUQ,HADİSƏ
299

Azərbaycan nefti ucuzlaşdı

18

Yanvar
12:23
İQTİSADİYYAT
250

Ötən günün yol qəzaları: 4 ölü, 4 yaralı

18

Yanvar
11:40
HÜQUQ,HADİSƏ
248

Ceyhun Bayramovdan yeni təyinat

18

Yanvar
11:29
ELM / TƏHSİL
50028

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
484

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
366
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2020 22:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru