Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2019
17:35
952
Rusiya aviasiyası azərbaycanlı yaraqlıların bazasını vurdu

Rusiya və Suriya aviasiyası ötən gün oktyabrın 6-da Suriyanın şimalında “Hurras əd-Din” qruplaşmasının yaraqlılarının iki bazasına zərbələr endirib. "Al-Masdar News" nəşri xəbər verir ki, obyekt İdlib əyalətində, Aqher və Ballisa yaşayış məntəqələrində yerləşirmiş.

Hava zərbələri nəticəsində yaraqlıların bazaları tamamilə məhv edilib. 30-dan çox yaraqlı öldürülüb. Onların hamısı xarici ölkə vətəndaşları olan terrorçulardır. Belə ki, qruplaşma üzvləri Rusiyanın Şimali Qafqazından, habelə Azərbaycandan və Gürcüstandan olanlardır.

Hərbi mənbə bildirib ki, zərbələrdən əvvəl bazalar bir neçə gün ərzində detallı şəkildə öyrənilib. Aviahücum yaraqlıların komandirlərinin müşavirəyə cəmləşdiyi məqamda həyata keçirilib.

“Hurras əd-Din” qruplaşması İdlibin şərq hissəsində Bəşər Əsəd qüvvələrinə qarşı irimiqyaslı hücuma başlamağa hazırlaşırdı. İndi qruplaşmanın komandirləri məhv edildyi üçün bu planların pozulduğu təxmin edilir. Bildirilir ki, İdlib bölgəsində Türkiyənin dəstəklədiyi yaraqlıların qüvvələrinin çoxu yaxın günlərdə Ankaranın kürdlərə qarşı başlatmağa hazırlaşdığı növbəti transsərhəd əməliyyatına qatılacaq. Nəticədə Bəşər Əsəd qüvvələri üçün həmin bölgədə əlverişli hücum imkanı yaranıb./Virtualaz

Məqalədə : terrorçu Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
33

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
62

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
51

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
224

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
92

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
172
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 12:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru