Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

12 İyun

2019
15:59
1938
Ruhani: Onları səhvlərini qəbul etmək məcburiyyətində qoyacağıq

İran prezidenti Həsən Ruhani paytaxt Tehranda Nazirlər Kabineti toplantısından sonra etdiyi çıxışında ABŞ sanksiyalarını şərh edib. 

FaktXəbər-in İran mediasına istinadən məlumatına görə, Həsən Ruhani bu gün Yaponiyanın baş naziri Abe Şindzoyla, sabah da Qırğısıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı yığıncağında əhəmiyyətli görüşlər keçirəcəyini bildirərək, "ABŞ-ın ölkəmizə qarşı təzyiqləri zirvəyə çıxıb, lakin sanksiyaların gücü həqiqətən sona çatmaq üzrədir. Sanksiya və təzyiqlər təsir gücünü itirdi, daha da təsirsiz hala gələcək", - deyə danışıb.

ABŞ sanksiyalarına baxmayaraq yaxşı vəziyyətdə olduqlarını, ancaq bunun bütün problemlərin həll edildiyi mənasını vermədiyinə işarə edən Ruhani, "ABŞ-ın ölkəmizə qarşı tətbiq etdiyi bu cür sanksiyaların tarixdə bənzəri yoxdur. BMT xətti ilə ölkəmizə qarşı tətbiq olunan sanksiyalar ilə ABŞ-ın bugünkü embarqoları müqayisə edilə bilməz", - deyə bildirib:

"Ötən gün Tehranda səfərdə olan Almaniya Xarici İşlər naziri Heiko Maas da açıq şəkildə ABŞ-ın səhv etdiyini söylədi. Pisliyimizi istəyənləri haqq, ədalət və müzakirə masasına çəkəcəyik və səhv etdiklərini qəbul etmək məcburiyyətində qoyacağıq. Əvvəllər sağa-sola istədikləri kimi danışanlar indi daha münasib səviyyəyə endiblər və şübhə yoxdur ki, səhv yoldan geri addım atacaqlar."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
28

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
26

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Oktyabr
11:29
İQTİSADİYYAT
29

Bayden: Tramp seçilsə NATO dağılacaq

16

Oktyabr
10:23
DÜNYA
40

Bakıda daha bir küçə yenidən qurulub - FOTO

16

Oktyabr
09:49
NƏQLİYYAT
69
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 13:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru