Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2020
14:59
Ruhani: ABŞ-ın sanksiyaları İran xalqına qarşı qeyri-insani terror aktıdır

ABŞ-ın sanksiyaları İrana qarşı qeyri-insanı və cinayətkar bir terror aktıdır. "İRNA" xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani  İslam İnqilabının 41-ci ildönümü münasibətilə Tehranda xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə deyib. 

"İranın tarixi, sivilizasiyası və mədəniyyəti ilə tanış olanlar bilirlər ki, xalqımız heç vaxt təhqirə, zorakılığa, ədalətsizliyə və yersiz təzyiqə boyun əyməyib. Son 8 aydakı bütün iqtisadi göstəricilər, o cümlədən İrandakı inflyasiya və investisiyalar, iqtisadi artım və məşğulluq ABŞ-ın İran xalqına qarşı sui-qəsdlərinin uğursuzluğunu göstərir", - o vurğulayıb. 

Ruhani həmçinin bildirib ki, İran İslam İnqilabı Keşickiləri "Qüds" briqadasının komandanı general Qasim Süleymani regionda sabitlik və sülh yaratmağa  çalışırdı, ABŞ-ın onu terror etməsi isə təkcə regional sabitliyinə deyil, Vaşinqtonun da maraqlarına tam ziddir. 

Sonda Ruhani ABŞ-ın İranın gücünü və regiondakı nüfuzunu çox gözəl başa düşdüyünü qeyd edib. 

Məqalədə : Ruhani ABŞ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
282

Iranda daha 4 deputat koronavirusa yoluxub

28

Fevral
16:27
DÜNYA
300

Sabaha olan hava proqnozu açıqlanıb

28

Fevral
16:13
ÖLKƏ
337

Maştağada quş kəsimi sexi bağlanıb

28

Fevral
15:57
ÖLKƏ
323

Kirayə mənzillərə qeydiyyat başladı

28

Fevral
14:30
ÖLKƏ
360
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-02-2020 22:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru