Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
11:21
466
Ruhani: `Səudiyyə Ərəbistanı o zaman təhlükəsizlikdə olacaq ki...`

İşğalçı bir dövlət bir millətin fərdlərinə iqtisadi terrorizm tətbiq edir, BMT isə buna qarşı səssiz qaldı. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə İran prezidenti Həsən Ruhani sentyabrın 25-də BMT Baş Assambleyasında çıxışında ABŞ-ın sanksiyalarına toxunarkən bəyan edib.

"İran öz sələfləri kimi bu problemi aradan qaldıracaq, amma bu utanc tarixdə qeyd ediləcək. İşğalçı bir dövlət bir millət üzvlərinə iqtisadi terror tətbiq edir və BMT buna qarşı səssiz qalır", - deyə o bəyan edib.

Ruhani, eyni zamanda ABŞ-ın birtərəfli qaydada sanksiyaları qaldırılmayana qədər İranın yeni bir nüvə razılaşması mövzusunda danışıqlar aparmayacağını söyləyib: "Ölkəm və dövlətim adından elan etmək istəyirəm ki, sanksiyalar altında istənilən danışıq təklifiə cavabımızı mənfidir".

Ruhani onu da əlavə edib ki, İran ABŞ-ın danışıqlara başlamaq təkliflərinə etibar etmir.

Qeyd edək ki, Ruhani, BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Donald Trump ilə danışıqlardan imtina edib. "Təzyiq altında aparılan danışıqlara cavabımız "Xeyr"dir", - deyə o bəyan edib.

İran Prezidenti çıxışı zamanı həmçinin digər ölkələri Tehranın Fars körfəzi və Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üçün təklif etdiyi koalisiyaya qoşulmağa çağırıb: "Mən Fars Körfəzi və Hörmüz Boğazındakı hadisələrdən təsirlənən bütün ölkələri Hormuz Peace Endeavour koalisiyasına qoşulmağa dəvət edirəm".

O qeyd edib ki, koalisiyanın fəaliyyəti enerji təhlükəsizliyi və gəmi təhlükəsizliyi də daxil olmaqla müxtəlif sahələri əhatə edir.

Yeri gəlmişkən, İran prezidenti Səudiyyə Ərəbistanının Yəməndəki müharibə başa çatdıqdan sonra təhlükəsizlikdə olacağını söyləyib.

"Səudiyyə Ərəbistanının təhlükəsizliyi xarici qüvvələrin (Yaxın Şərqə - red) dəvətindən sonra deyil, Yəməndəki təcavüz sona çatdıqdan dərhal sonra təmin ediləcək" deyə o, ABŞ-ın Yaxın Şərq bölgəsinə əlavə qüvvələrin göndərilməsi qərarına toxunarkən bəyan edib.

Həsən Ruhani BMT Baş Assambleyasında çıxışında İsrailin Fələstin, Suriya, Livan və İraqdakı hücumlarına qarşı da BMT-ni susmaqda ittiham edərək, "Bu vacib beynəlxalq təşkilat öz məsuliyyətini yerinə yetirməlidir" deyə bəyan edib.

Məqalədə : Ruhani 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
29

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
225

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
95

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
58

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
114

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
49
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 17:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru