Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2019
15:52
630
Rəşt-Astara dəmir yolunda yeni xəbər var

Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Gilan vilayətindən keçən hissəsində relslərin düzülməsi davam edir.

Bu sözləri İranın dövlət dəmir yolu şirkətinin baş direktoru Səid Rəsuli deyib. Gilan vilayətində səfərdə olan S.Rəsuli yolun tikintisi ilə taniş olub. O bildirib ki, sanksiyalara baxmayaraq yolun inşası davam edir. Artıq 40 kilometr məsafədə relslər düzülüb.

S.Rəsuli nəzərə çatdırıb ki, yolun tikintisində Azərbaycan tərəfi də iştirak edir. Rəsmi Baki “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas tərkib hissəsi olan Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun inşasına 500 milyon dollar vəsait ayırıb. Bundan başqa Azərbaycan İranın Astara şəhərində dəmir yolu vağzalının və yük terminalının tikintisində də iştirak edir.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Asiyadan Avropaya və əks istiqamətə yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə daşınacaq. Ötən ilin mart ayında yolun Qəzvin-Rəşt hissəsi İran Prezidentinin iştirakı ilə istismara verilib. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. (AZƏRTAC)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
177

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
198

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
359

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
201

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
255
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 00:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru