Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2019
12:44
Rəsmi Bakı erməni soyadı olan rusların ölkəyə qəbul edilməməsinə münasibət bildirib

Rusiya Federasiyasının erməni soyadlı vətəndaşları Azərbaycana gələ bilər, lakin Qarabağ münaqişəsi ilə əlaqədar "emosional fondan" yayınmaq üçün ölkənin Moskvadakı səfirliyinə məlumat vermələri lazımdır. FaktXeber.com-un məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İzvestiya-ya müsahibəsində bəyan edib.

Qeyd edək ki, bir nüçə ay əvvəl Rusiya vətəndaşı Kristina Gevorgyan "Facebook"da yazmışdı ki, Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında 13 saat keçirib. O, tətilini Azərbaycanda keçirmək istəyib, ancaq hələ pasport nəzarətində dərhal dayandırılıb. Gevorgyan ondan başqa daha iki ailənin qohumlarından birinin erməni adı ilə əlaqədar Bakıya buraxılmadığını söyləyib.

Azərbaycan Xarici İşlər Nazirliyi Gevorgyan ilə yaşanan hadisənin "özəl hadisəni şişirtmə" cəhdi olduğunu deyərək, Azərbaycan-Rusiya münasibətlərində problem olmadığını vurğulamışdı. 

"Biz deyirik: Rusiya adı ilə Azərbaycana gəlmək istəyən erməni soyadlı bir vətəndaşınız varsa - Allah xatirinə! (buyursun - red.). Amma qoy heç olmasa səfirliyimizə məlumat versinlər, çünki Rusiya ilə vizasız girişimiz var, ancaq əvvəlcədən alınan məlumatlar, mövcud münaqişə (Qarabağ münaqişəsi - red.) ilə əlaqədar Azərbaycanda emosional fonu nəzərə alsaq, hər hansı bir xoşagəlməzliyin qarşısını almağımıza imkan verəcək. Biz həmişə Rusiya ilə bu mövzuda çox açıq danışırıq", - deyə Məmmədyarov nəşrə bildirib.

Məqalədə : Rəsmi Bakı Məmmədyarov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53815

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51958

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53398

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53158

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58503

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52756

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53182
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-11-2020 23:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru