Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2019
09:42
410
Rəşid Behbudov küçəsində yarış keçirən sürücülər - VİDEO

FaktXəbər oxucularından biri saytımıza videoregistrator vasitəsi ilə qeydə alınmış videogörüntü göndərib. Bildirir ki, 26 sentyabr 23:34 radələrində Rəşid Behbudov küçəsində bir qrup sürücü digər hərəkət iştirakçılarına təhlükə yaradaraq yarış təşkil etmişlər. Təəssüf ki, sutkanın qaranlıq vaxtı olması səbəbindən onların dövlət qeydiyyat nişanları oxunmur. Oxucumuz xahiş edir ki, əgər mümkünsə DYP rəsmiləri təhlükəsiz şəhər kamerlarının görüntüləri nəticəsində sürücülərin məsuliyyətə cəlb olunmasına yardımçı olsun. Xatırladaq ki, əgər həmin sürücülərin icazə verilən maksimum sürət həddini 60 km/saat aşdığı sübuta yetirilərsə İnzibati Xətalar Məcəlləsinin 511.3 maddəsi ilə məsuliyyətə cəlb oluna bilərlər. İnzibati Xətalar Məcəlləsinin

511.3 maddəsində göstərilir ki, bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə –  nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Videogörüntünü təqdim edirik.

Məqalədə : küçə yarışı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
47

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
317

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
143

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
63

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
131

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
53
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 01:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru