Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2021
17:37
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün avqustun 4-də keçirdiyi baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib.

DİM-dən Faktxəbər-ə verilən məlumata görə, imtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 966 namizəddən 21 nəfəri imtahana gəlməyib. 230 namizəd müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 80 bal olub.

Müsabiqə şərtini ödəyənlərdən 130 nəfər 3-cü kursu tam bitirən (3, 4 və 5-ci kurs) tələbələrdir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 3-cü kursu tam bitirmiş tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

Bu imtahanda müsabiqə şərtini ödəyərək “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan 100 nəfər ikinci mərhələyə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılıb.

İmtahanın 1-ci cəhdində iştirak edərək “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədləri də nəzərə alsaq, ümumilikdə 563 ikinci mərhələyə buraxılıb.

Bundan əlavə, 2020-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 291 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 6-8 avqust 2021-ci il tarixlərində müraciət edə bilərlər.

Qeyd: İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) sentyabr ayında keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

Məqalədə : Rezidentura 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri

22

Sentyabr
09:25
İQTİSADİYYAT
110

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
275

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
306

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
316

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
347
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 09:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru