Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
12:27
1114
Rektorun bahalı maşını ilə bağlı - Açıqlama

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb.

2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı "Mercedes S-400" model avtomobilin Azərbaycanda ortalama bazar qiyməti 90-100 min dollardır. 

Maşının 2019-cu il buraxılışının qiyməti isə Bakıda 230 min dollara satılır.

Xanım rektorun maşınının isə xüsusi yığılmış avtomobil olduğu və əvvəlki sahibinə 250 min dollara başa gəldiyi bildirilir. N.Əliyeva bu maşını keçmiş sahibindən 2018-ci ilin sonunda alıb.

Qeyd edək ki, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N. Əliyeva artıq bir neçə aydır, bu bahalı maşından istifadə edir.

***

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev mövzu ilə bağlı bildirib ki, N.Əliyeva bəhs edilən avtomobili rektor təyin edilməmişdən əvvəl alıb: "Bunu yeni avtomobil kimi təqdim eləmək doğru deyil. O maşın Nurlana xanımda rektorluqdan əvvəl olub". 

Qeyd edək ki, Nurlana Müzəffər qızı Əliyeva 23 iyun 2016-cı ildə Azərbaycan Respublikası Prezidentini İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru təyin edilib. Avtomobilin buraxılış ili də 2016-cı ildir.(Bakupost)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
41

"Facebook"da yeni funksiya

21

Avqust
11:03
MARAQLIDIR
73

Siyəzəndə avtomobil qəzası: 8 nəfər yaralanıb

21

Avqust
10:11
HÜQUQ,HADİSƏ
124

Ağzının dadını bilən ayı - VİDEO

21

Avqust
10:10
MARAQLIDIR
174

Sudanda Suveren Şura yaradılıb

21

Avqust
10:08
DÜNYA
67

Azərbaycan nefti cüzi ucuzlaşıb

21

Avqust
09:55
İQTİSADİYYAT
91

Xarici valyutaların manata qarşı məzənnələri

21

Avqust
09:27
İQTİSADİYYAT
109
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 13:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru