Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2021
10:55
Reket-“jurnalist” Ata Abdullayev kimləri şantaj edib?

Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində özünü bloger kimi təqdim edən reket-“jurnalist” Ata Abdullayevin mühakiməsi başlayacaq.

Yenisabah.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunan Ata Abdullayevin işi üzrə istintaq başa çatıb və cinayət işinin materialları məhkəməyə göndərilib.

Belə ki, Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur.

Bu cinayət işi üzrə dörd nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğludur. Ata Abdullayevin bu şəxsləri şantaj edib, onlardan pul tələb etdiyi bildirilir.

Zərərçəkmişlərdən Şahlar Həsənov Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir.

Elmar Əliyev isə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Tədbir Əməliyyat Komitəsinin maliyyə direktorudur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
451

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
593

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
603

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
639

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
640
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 12:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru