Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2019
14:17
793
ReAl Partiyasından AXCP-yə sərt ittiham

Azərbaycan Xalq Cəbhəsi Partiyasının da (AXCP) təmsil olunduğu Milli Şura ilə ReAl Partiyası arasında gərginlik davam edir.

FaktXəbər bildirir ki, ReAl-ın icraçı katibi Natiq Cəfərli Milli Şuranın ona və ReAl-a qarşı qarayaxma, çamuratma kampaniyasına başladığını deyib.

N.Cəfərlinin sözlərinə görə, bir qrup insan (sayları 100-ü keçmir, sadəcə, hər birinin də "Facebook"da 4-5 saxta profili var) küy yaradaraq fikir formalaşdırmağa çalışırlar: “Bu kampaniya birbaşa Milli Şura rəhbərliyənə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Fərqli düşünən görəndə, sanki, havalanırlar, ağılları-bilikləri yoxdur deyə ancaq satqın söhbəti salırlar. Müsavat Partiyası 2013-cü ildə Milli Şuradan çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar. Bu insanlar anlamırlar ki, indiki hakimiyyətə qarşı nə qədər çoxsəsli və müxtəlif müqavimət mərkəzləri olsa, bir o qədər onların özlərinə xeyirdir. Çünki hamını gözdən salıb ortada tək qalsalar, zatən zəif durumları daha pis vəziyyətə düşəcək, məhv olacaqlar, hakimiyyət bütün gücünü tək onlara yönəldəcək. Bu o qədər aydın məntiqdir ki, anlamırlarsa, deməli, beyinləri yoxdur. 25 ildi xalqı dolayanların, aldadanların ritorikası ilə danışım? “Gəlirik, “Az qaldı”, “Hakimiyyət çökür”, “Hamısı qaçmağa hazırlaşır” beləmi danışım?! Mən belə məsuliyyətsiz və populist ola bilmirəm, siyasət budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə. Biz həmişə çamur atanlara və qara yaxanlara cavab olaraq belə yazılar yazırıq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan son 8 ayda 58,4 mln dollar qazanıb

18

Sentyabr
15:59
İQTİSADİYYAT
220

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

18

Sentyabr
15:51
AİLƏ, SAĞLAMLIQ
268

Azərbaycanda 7 məhkəmə hakimi cəzalandırılıb

18

Sentyabr
15:47
HÜQUQ,HADİSƏ
224

Lənkəranda 2 maşın toqquşdu, ölən var

18

Sentyabr
15:44
HÜQUQ,HADİSƏ
220

Deputatların pensiyası artırılacaq

18

Sentyabr
15:27
İQTİSADİYYAT
259

Roqozin Türkiyəni Baykonura çağırdı

18

Sentyabr
15:19
DÜNYA
251

Siyasi hücumlar üçün virus aşkarlanıb

18

Sentyabr
14:57
MARAQLIDIR
268

Rusiyada terrorun qarşısı alınıb-VİDEO

18

Sentyabr
14:31
DÜNYA
380

“Azərişığ”ın maşını aşdı - Ölənlər var

18

Sentyabr
14:16
HÜQUQ,HADİSƏ
385

Sentyabrın 19-na gözlənilən hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
378
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2019 06:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru