Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2021
10:13
Ərdoğan: `Türkiyə Əfqanıstandakı vəziyyəti diqqətlə izləyir`

Ankara Talibanın müvəqqəti hökumətin tərkibini açıqlamasından sonra Əfqanıstanda gedən prosesləri diqqətlə izləyir.

Anadolu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib: "Bu müvəqqəti kabinetin nə qədər fəaliyyət göstərəcəyini bilmirik. Bizə yalnız bu prosesi yaxından izləmək qalır".

T.Ərdoğan həmçinin Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin edilməsində Türkiyənin mümkün iştirakını da şərh edib:

"Əvvəldən biz bu məsələyə müsbət yanaşmışıq. Bizim olduğumuz mərhələdə, bizim nəzərimizcə, hələ heç bir müsbət dəyişiklik baş verməyib. Əgər prinsiplərimizə uyğun olan müsbət proses davam edərsə, biz də öz növbəmizdə bu məsələyə müsbət yanaşma nümayiş etdirəcəyik".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
934
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 14:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru