Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2021
14:28
Rəbii: Danışıqları başa çatdırmaq üçün hüquqlarımızdan imtina etməyəcəyik

İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında nüvə sazişi ilə bağlı aparılan müzakirələrin son vəziyyətini açıqlayarkən, İranın Avstriya paytaxtı Vyana şəhərində 4+1 dövlətləri arasında İranla Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqları başa çatdırmaq üçün öz hüquqlarından imtina etməyəcəyini bildirib: 

"Müzakirələri başa çatdırmaq üçün hüquqlarımızdan imtina etməyəcəyik və fikirlərimiz nəzərə alınmazsa, danışıqların davamı növbəti administraisyaya qədər təxirə salınacaq".

O əlavə edib ki, danışıqlar bütün tərəflərin qərar verməli olduğu bir nöqtəyə gəlib.

"Biz qərarlarımızı verdik və elan etdik. Hazırda ABŞ da daxil olmaqla, bütün tərəflərin siyasi qərarlarını elan etmələrini gözləyirik. Danışıqların növbəti mərhələsində də bu qərarlar müzakirə olunacaq", - deyə rəbii vvurğulayıb. 

Sonda İran hökumətinin sözçüsü qeyd edib: "İran iqtisadiyyatının enerji, maliyyə, bankçılıq və sığorta kimi əsas sahələrindəki sanksiyaların ləğvi mövzusunda bir fikir birliyi var. Lakin son razılaşmanın praktikada mümkün olması üçün bütün məsələlərdə fikir birliyi olmalıdır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xocalıda silah-sursat aşkarlanıb

29

İyul
14:32
HƏRB
315

Bayden Obamanı Trampla səhv saldı

29

İyul
14:19
DÜNYA
320

Erməni terrorçu qrupun üzvlərinə hökm oxunub

29

İyul
13:30
HÜQUQ,HADİSƏ
305

Sabahın hava proqnozu açıqlandı

29

İyul
13:03
ÖLKƏ
272

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
500

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
335

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
396
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-07-2021 01:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru