Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2020
09:58
İraqın Nəcəf şəhərində toqquşma: 11 nəfər ölüb, 85 yaralı var - VİDEO

İraqın cənubundakı Nəcəf şəhərində baş verən qarşıdurmalarda ən azı 11 nəfər həlak olub. Həmçinin, yerli mediada 85 zərərçəkənin olduğu, onlardan 70-nin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılıb.

"Rusiya 24" xəbər verir ki, etirazçılar və nüfuzlu şiə siyasətçisi və dini lider Muqtəda əs-Sədr tərəfdarları arasında toqquşma "Əl-Sadrein" meydanında baş verib.

İraqda beşinci aydır nümayişçilər hökumətin istefasını, korrupsiya və işsizliklə mübarizəni, habelə yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Bu müddət ərzində etirazlar artıq 600-dən çox insanın həyatına son səbəb olub, təxminən 50 min adam yaralanıb.

Bunlar 2003-cü ildə Səddam Hüseynin devrilməsindən bəri İraqdakı ən böyük etiraz nümayişləridir.

Məqalədə : İraq Nəcəf 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya imtahanın vaxtı açıqlanıb

18

Fevral
11:40
ELM / TƏHSİL
157

Xarici valyutaların manata qarşı məzənnələri

18

Fevral
09:40
İQTİSADİYYAT
327

Dövlət büdcəsində 418 milyon manat qalıq yaranıb

17

Fevral
18:12
İQTİSADİYYAT
366
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2020 12:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru