Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2021
10:47
Əraqçi İranın yeni prezidentinin nüvə sazişilə bağlı mövqeyindən danışdı

İranın xarici işlər nazirinin müavini və ölkəni nüvə danışıqlarında təmsil edən baş müzakirəçi Abbas Əraqçi iyunun 18-də ölkədə keçirilən prezident seçkilərinin qalibi İbrahim Rəisinin nüvə sazişinə dair mövqeyindən danışıb. 

Bu barədə İSNA agentliyi məlumat yayıb. 

XİN rəsmisinin sözlərinə görə, Rəisi realist və məntiqli bir siyasətçidir. Yeni hökumətin formalaşmasından və səlahiyyətlərin dövr edilməsindən sonra nüvə sazişilə bağlı İranın mövqeyi dəyişməyəcək

Əraqçi əlavə edib ki, İranda iş başına gələcək yeni hökumətin nüvə sazişilə bağlı mövqeyi fərqli olmayacaq.

Qeyd edək ki, bundan əvvəl Abbas Əraqçi Avstriya paytaxtı Vyana şəhərində 4+1 dövlətləri arasında nüvə sazişinə qayıtmaq və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı müzakirələrin 6-cı turunun bitdiyini və tərəflərin hər zamandan daha çox son razılaşmaya yaxınlaşdıqlarını bildirib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən bahalaşıb

27

İyul
09:14
İQTİSADİYYAT
211

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
386
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 10:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru