Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2019
11:12
929
İraq baş naziri: `Bizlər bu gün dövlətlə dövlətsizlik seçimi arasındayıq`

«Bizlər bu gün dövlətlə dövlətsizlik seçimi arasındayıq». FaktXeber.com-un AA-ya istinadla verdiyi məlumata görə, baş nazir  Adil Əbdül Mehdi İraq rəsmi televiziyasında çıxışı zamanı Bağdad  və bir çox  vilayətlərdə  günərdir davam edən etiraz aksiyalarını şərh edərkən bildirib.

«Demokratiyaya çatana qədər  böyük təcrübələr əldə etdik, indi də ciddiyyətlə xidmət etmək və işləmək istəyirik», - deyə o, əlavə edib.

Nümayişlər zamanı  qurumlardakı yanğınların bir sıra  suallara səbəb olduğuna diqqət çəkən  Əbdül Mehdi bunları əlavə edib: «Bəziləri nümayişlərin  dinc şəkildə keçirilməsinin qarşısını almağı bacardı. Əllərdə tutulan və səsləndirilən bəzi şüarlar  nümayişlərdən istifadə cəhdlərini ortaya çıxarıb. Aksiyaların çoxalması artıq zərərə  və itkilərə yol açmağa başlayıb».

Əbdül Mehdi  nümayişçi gənclərə və təhlükəsizlik xidmətinin əməkdaşlarına  təşəkkürlərini  çatdıraraq  bütün vilayətlərdə həyatın  normala qqayıtması və qanunun aliliyinə ehtiram göstərilməsinin vacibliyini vurğulayıb.

Baş nazir  komendant saatı kimi tədbirləri  insan həyatının qorunması üçün vacib olan acı  bir dərmana bənzədib.

Hökumətin boş vədlər  vermədiyini və müvəqqəti həllər irəli sürmədiyini vurğulayan İraq baş nazir sözlərinə belə davam edib: «Problemlərn həlli üçün hökumətin əlində sehirli həllər yoxdur, istəklərini bir il içində həyata keçirilməsi mümkün deyil».

Əbdül Mehdi bu mərhələdə işin məsuliyyəlini öz üzərinə götürdüyünü vurğulayaraq, Paprlamentdən  müdaxilələrdən və siyasi kvotalardan uzaq olaraq  nazirliklərdə yoxlamalar aparma səlahiyyəti istəyib.

Hökuməti başçısı cinayət etməmiş saxlanılan şəxslərin  azadlığa buraxılacağını, təhlükəsizlik qüvvələrinin zorakılıq istifadəsi ilə bağlı komissiyaların yaradılacağını bildirib.

«İşsizliyi biz yaratmamışıq, bizə dağılmış infrastruktur miras  qalıb», - deyə baş nazir ötən günlərdə  korrupsiya ilə itttiham olunan bir məmurun  məhkəməyə verildiyini xatırladıb.

Məqalədə : İraq aksiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1058

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
63

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
89

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
309

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
345
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 20:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru