Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2021
11:09
İran XİN rəhbəri Əfqanıstanla bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrande ilə görüş keçirib. 

Bu barədə İRNA məlumat yayıb. 

Məlumatda bildirilir ki, görüş zamanı nazir beynəlxalq ictimaiyyəti Əfqanıstanda siyasi sabitliyi dəstəkləməyə çağırıb:

"Əfqanların kütləvi şəkildə öz ölkəsindən başqa ölkələrə köçməsinin qarşısını almaq üçün beynəlxalq təşkilatların Əfqanıstandakı humanitar vəziyyətlə əlaqədar üzərinə düşən vəzifələri daha fəal şəkildə yerinə yetirməsi lazımdır".

Həmçinin Abdullahiyan vurğulayıb ki, İran ona qarşı tətbiq olunan sərt sanksiyalara baxmayaraq 40 ildir ki, Əfqanıstandan qaçqlnlara sahib çıxır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da öz növbəsində əfqan qaçqınların İran İslam Respublikası tərəfindən səxavətlə qəbul edilməsini yüksək qiymətləndirərərk, İran XİN rəhbəri ilə Əfqanıstandakı son vəziyyəti və insan hüquqları problemlərini müzakirə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
451

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
593

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
603

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
644

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
640
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 12:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru