Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2021
12:25
İran XİN: `Vyanadakı danışıqların 5-ci turu son tur ola bilər`

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Avstriya paytaxtı Vyana şəhərində 4+1 dövlətləri arasında nüvə sazişinə qayıtmaq və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı müzakirələrin 5-ci turunun son turu ola biləcəyini bildirib.

Bu barədə İSNA agentliyi məlumat yayıb. 

İran rəsmisinin sözlərinə görə, hazırki nüvə danışıqlarındakı açar mövzular həllini tapsa bu tur son tur ola bilər, əks təqdirdə isə müzakirələr davam edəcək.

Həmçinin Səid Xətibzadə bildirib ki, İranın bu danışıqlardakı əsas məqsədi ABŞ-ın sabiq prezidenti Tramp dövründə ölkəyə qarşı tətbiq edilən bütün sanksiyaların ləğv edilməsidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
635

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
915
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 16:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru