Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2021
11:18
İran və Fransa prezidentləri telefonla danışıblar

İran İslam Respublikası prezidenti seyid İbrahim Rəisi ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub. 

Bu barədə Parstoday agentliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, İran prezidenti ölkəsinin Fransa ilə əlaqələrin xüsusilə iqtisadi və ticarət sahələrində inkişafını alqışladığını bildirib.

Onun sözlərinə görə, İran Avropa ilə hərtərəfli əməkdaşlığa Fransadan başlamağa hazırdır.

Həmçinin Rəisi vurğulayıb ki, İran və Fransanın siyasi müstəqilliyi iki ölkə arasında balanslı, güclü və sabit əlaqələr qurmaq üçün dəyərli bir təcrübədir və ortaq maraq bu əlaqələrə xarici müdaxilənin qarşısını almaqdır.

İŞİD-in ABŞ tərəfindən yaradıldığını deyən İbrahim Rəisi  amerikalıların İŞİD-ə və digər terrorçulara dəstək verdiklərinə görə dünyanın ictimai rəyi qarşısında cavab verməli olduqlarını söyləyib.

İran Prezidenti amerikalıların Əfqanıstanda böyük səhv etdiklərini iddia edərək, "Hər kəs Əfqanıstanda bütün qrupların iştirakı ilə inkluziv hökumət qurmağa kömək etməli və Əfqanıstan xalqının öz taleyini həll etməsinə icazə verməlidir" bildirib.

"Əfqan qrupları bütün Əfqanıstan üçün məqbul olan bir modeli əldə etməlidir və İran sülh və təhlükəsizlik qurmağa, eləcə də Əfqanıstanda qardaş öldürmə müharibəsinin qarşısını almağa hazırdır", - dövlət başçısı qeyd edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əl-Husi BMT-nin baş katibini tənqid etdi

20

Sentyabr
16:41
DÜNYA
207

“Zəfər tarixi” dərsliyi çap olunub

20

Sentyabr
16:39
ELM / TƏHSİL
215

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

20

Sentyabr
15:09
SİYASƏT
197

Ərdoğan Rusiyaya gedir

20

Sentyabr
14:42
DÜNYA
215

General Bakı merinin müşaviri oldu

20

Sentyabr
14:26
ÖLKƏ
235

İran HHQ-yə yeni komandan təyin edilib

20

Sentyabr
13:47
DÜNYA
218

Bəhreyndə İsa Qasimə böyük dəstək aksiyası keçirilib

20

Sentyabr
13:23
BÖLMƏNİ DÜZ SEÇ!
212

Sabahın hava proqnozu açıqlanıb

20

Sentyabr
12:35
ÖLKƏ
183

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
305
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 05:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru