Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2021
09:44
İran Venesuelaya hərbi gəmilər göndərdi - AÇIQLAMA

İran dövlətinin sözçüsü Əli Rəbii ölkənin Venesuelaya neft tankerlərindən əlavə iki hərbi gəminin göndərilməsi ilə bağlı açıqlama verib.

Mehr agentliyinin verdiyi məlumata görə, ötən gün keçirilən mətbuat konfransında Venesuelaya iki hərbi gəminin göndərilməsinə toxunan dövlət rəsmisi bu kimi addımların istər Venesuela, istərsə də digər ölkələrlə bağlı normal olduğunu bildirib.

Rəbii əlavə edib ki, belə addımlar qaçaqçıların və dəniz quldurlarının qarşısını almaq, ətraf mühitin çirklənməsilə mübarizə məqsədilə atılır və üçüncü ölkənin əleyhinə deyil.

Qeyd edək ki, İran dövlətinin sözçüsü gəmilərin Venesuelaya nə zaman göndərildiyini və bunun davamlı olub-olmayacağı barədə heç bir şərh verməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda istehlak bazarı cüzi kiçilib

15

İyun
12:53
İQTİSADİYYAT
322

Sabahın hava proqnozu

15

İyun
11:44
ÖLKƏ
315

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
600
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2021 05:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru