Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyul

2021
11:21
İran və Azərbaycan məhsullarının birgə sərgi və satış yarmarkası keçirilə bilər

İran və Azərbaycan məhsullarının birgə sərgi və satış yarmarkasının keçirilməsini təklif olunub.

Azərbaycan Sahibkarlar Konfederasiyasından verilən məlumata görə, bu təklifi İranın Şərqi Azərbaycan (Təbriz) valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri ASK-nın prezidenti Məmməd Musayevlə görüşü zamanı səsləndirib.

O həmçinin gələcəkdə müştərək sərbəst bazar zonasının yaradılması və Təbrizə biznes-missiyasının təşkili ilə bağlı təkliflər irəli sürüb.

Ə. Cahangiri təmsil etdiyi bölgənin və ümumilikdə İranın böyük iqtisadi və investisiya potensialı, Azərbaycan və İran sahibkarlarının birgə müəssisələr yaradaraq iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və gələcəkdə bu məhsulları üçüncü ölkələrə ixrac etmək imkanları barədə fikirlərini bölüşüb.

Daha sonra, ASK ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum, birgə fəaliyyət üçün sənaye sahələrinin müəyyənləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin hazırlanması üçün potensial imkanların müəyyən edilməsi kimi məqsədləri əhatə edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xocalıda silah-sursat aşkarlanıb

29

İyul
14:32
HƏRB
255

Bayden Obamanı Trampla səhv saldı

29

İyul
14:19
DÜNYA
245

Erməni terrorçu qrupun üzvlərinə hökm oxunub

29

İyul
13:30
HÜQUQ,HADİSƏ
235

Sabahın hava proqnozu açıqlandı

29

İyul
13:03
ÖLKƏ
216

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
440

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
271

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
356
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 18:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru