Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2021
12:39
İran Talibanı Pəncşirlə bağlı tənqid edib

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Talibanın son günlər Əfqanıstanın Pəncşir əyalətində etdiklərinə münasibət bildirib. 

Bu barədə Mehr agentliyi məlumat yayıb.  ​

Onun sözlərinə görə, əyalətdən gələn xəbərlər narahatedicidir və dünənki hücumlar şiddətlə məhkum edilir.

Xətibzadə vurğulayıb ki, Pəncşir məsələsinin həlli siyasi olmalıdır.

"Bu əyalətin mühasirəyə alınması beynəlxalq və insan hüquqlarına ziddir. Burada Əfqanıstan rəhbərlərinin şəhid olması təəssüfləndirici haldır. Əyalətdə (Talibana-a hərbi dəstək məsələsində) xaricdən edilən müdaxilələr də araşdırılır. Taliban beynəlxalq hüquq çərçivəsində götürdüyü öhdəliklərə əməl etməlidir. Pəncşir əhalisi aclıq çəkir, suyu və işığı kəsilir və əhali mühasirəyə alınır. Beynəlxalq hüquqa görə bölgədə insan hüquqlarına hörmət edilməlidir”, - deyə XİN rəsmisi əlavə edib.

Sonda Xətibzadə  İranın Əfqanıstan xalqının əzablarının sona çatması üçün hər cür səy göstərdiyini qeyd edib.

Xatırladaq ki, Taliban Pəncşir əyalətini tam nəzarətə götürdüyünü iddia edtsə də.  "Milli Müqavimət Hərəkatı" bunu təkzib edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kinoteatrlar açıla bilər

16

Sentyabr
17:08
ÖLKƏ
201

İran AEBA-nı tənqid edib

16

Sentyabr
16:58
DÜNYA
209

Lənkəranda avtomobil aşıb, ölən və yaralanan var

16

Sentyabr
16:28
HÜQUQ,HADİSƏ
215

Husilər Yəməndə irəliləyib

16

Sentyabr
16:26
DÜNYA
206

Azərbaycanda məhkəmə hakimlərinin stajı artırılır

16

Sentyabr
14:58
HÜQUQ,HADİSƏ
250

Bakıda daha bir küçə əsaslı təmir olunub

16

Sentyabr
14:54
NƏQLİYYAT
235
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 08:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru