Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Avqust

2021
15:45
İran Talibanın ələ keçirdiyi Herat şəhərindəki konsulluğu ilə bağlı açıqlama verib

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə rəsmi Tehranın Əfqanıstandakı yaranmış vəziyyətdən ciddi narahat olduğunu bildirib.

Bu barədə Mehr agentliyi məlumat yayıb. 

Onun sözlərinə görə, ölkədə mülki şəxslərin həyatlarının qorunması üçün lazimi diqqət yetirilməlidir.

Həmçinin XİN rəsmisi Talibanın Herat şəhərinə nəzarətindən sonra oradakı diplomatların sağlamlığının və təhlükəsizliyin tam qorunmasının zəruriliyini vurğulayıb. 

Həmçinin Xətibzadə bildirib ki, İran Heratdakı baş konsulluğu ilə daimi əlaqədədir və əməkdaşların sağlamlıq və təhlükəsizliyi üçün lazimi tədbirlər görür. 

Qeyd edək ki, bundan öncə İranın Xarici İşlər Nazirliyinin Qərbi Asiya üzrə şöbəsinin rəhbəri Musəvi rəsmi Tvitter hesabında hesabında Heratın Talibanın tam nəzarətinə keçdiyini yazıb. Paylaşımda İran İslam Respublikasının Heratdakı baş konsulluğunun işçiləri, diplomatlar və baş konsul binanın içində olduğu vurğulanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri

22

Sentyabr
09:25
İQTİSADİYYAT
155

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
275

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
306

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
316

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 10:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru