Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2021
12:25
İran Talibana bu şərtlə dəstək verəcək

İranın BM-dəki daimi nümayəndəsi Məcid Təxt-Rəvançi İranın Talibanın qurduğu hökümətə dəstək verməyin şərtini açıqlayıb. 

Bu barədə İSNA agentliyi məlumat yayıb. 

Onun sözlərinə görə, əgər Taliban Əfqanıstanda müxtəlif millət, din, dil, məzhəb və siyasi qüvvələrin nümayəndələrilə bağlı öhdəliklərinə əməl edərsə, İrandan dəsdək ala biləcək.

"Əfqanıstanda sabitlik və inkişaf bütün millətlərin, din, dil və məzhəblərin və müxtəlif qüvvələrin həqiqi nümayəndələrinin iştirakı ilə keçirilən əfqanıstandaxili müzakirələrindən keçir. Bizim gözləntimiz budur ki, qeyd edilən məsələdə Taliban öhdəliklərinə əməl etsin. O zaman belə bir hökumət İrandan dəstək ala bilər".

Xatırladaq ki, bundan öncə İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr-admiral Əli Şəmxani, XİN rəhbəri Hüseyn Əmir-Abdullahiyan və sabiq XİN rəhbəri Məhəmməd Cavad Zərif Talibanın hökumətinin inkluziv olmadığını bildiriblər. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
237

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
215

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
201

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
225

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
212

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
331

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
331

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
338

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
342
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 03:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru