Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2021
11:59
İran səfiri: “Fələstin dövləti təşkil edilməyənə qədər, bu mübarizə dayanmayacaq” - VİDEO

Bu gün bir çox müsəlman ölkələrində İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azadlığı naminə Beynəlxalq Qüds Günü qeyd edilir.

Bu günün təsis olunmasında məqsəd məzlum Fələstin xalqının məzlumluğunu dünya ictimaiyyətinə çatdırmaqdır. Yəni Beynəlxalq Qüds Günü dedikdə təkcə Fələstin xalqının İsrail rejimi tərəfindən əzildiyi, zülmə məruz qaldığı nəzərdə tutulmur. Bu gün həm də dünyanın istənilən ölkəsində əzilən, haqqı tapdalanan, işğala məruz qalan insanlar varsa onların da haqq səsi bütün dünyaya çatdırılır. 

Beynəlxalq Qüds günü ilə bağlı İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İnterAz-a müsahibəsində bildirib ki, Fələstinlilər öz torpaqlarına qayıtmayana qədər, Fələstin xalqının rəylərindən irəli gələn Fələstin dövləti təşkil edilməyənə qədər, bu mübarizə dayanmayacaq.

Seyid Abbas Musəvi həmçinin əlavə edib ki, İran İslam Respublikası bu məsələnin həlli üçün 4 bənddən ibarət həll yolu təklif edib. Bu təklif isə BMT-yə təqdim edilib.

Sonda qeyd edək ki, bu gün zülmkarlara qarşı etiraz günüdür. 

Hər il olduğu kimi bu il də müsəlmanlar öz haqq səslərini Koronavirus pandemiyası ilə əlaqədar fərqli aksiya və tədbirlər şəklində keçirirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
130

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
238

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
265

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
250

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
272

AMB-nin valyuta məzənnələri

18

İyun
09:11
İQTİSADİYYAT
450
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 18:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru