Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Sentyabr

2021
10:28
İran parlamentinə Ruhanidən şikayət olundu

İranın eks-prezidenti Həsən Ruhanidən ölkə parlamentinə şikayət daxil olub.

Fars agentliyi xəbər verir ki, keçmiş dövlət başçısına qarşı mühüm dövlət vəzifələrinə ikili vətəndaşlığı olan şəxslərin təyin edilməsi, milli valyutanın dəyərdən düşməsinə səbəb olan siyasət yeridilməsi, məşğulluq və yerli istehsala zərər verilməsi, sanksiyaların tamamilə qaldırılacağı vədilə nüvə sazişini imzalamaqla ölkənin nüvə sənayesinə xələl gətirilməsi kimi ittihamlar irəli sürülüb.

Şikayət məktubunu 500 mindən çox şəxs imzalayıb.

Qeyd edək ki, məktub İran konstitusiyasının 90-cı maddəsinə əsasən parlamentin müvafiq komissiyasına təqdim edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
929
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 13:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru