Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2019
09:47
İran nüvə sazişi ilə bağlı dialoqa davam edəcək

İran razılaşmada qalan ölkələrlə nüvə sazişi üzrə dialoqu davam etdirmək niyyətindədir. FaktXeber.com-un məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa diplomatiyasının rəhbəri Federika Moqeriniyə göndərdiyi məktubda belə bir bəyanatla çıxış edib.

O, mesajında İranın Hərtərəfli Sazişdə öhdəliklərin azaldılmasının üçüncü mərhələsinə keçməsini ABŞ-ın razılaşmasından çıxması, sanksiyaların bərpası, həmçinin İngiltərə, Almaniya və Fransanın müqavilənin bir hissəsini yerinə yetirə bilməməsi ilə əlaqəli olduğunu izah edib.

Xatırladaq ki, rəsmi Tehran sentyabrın 6-dan etibarən nüvə müqaviləsində qeyd olunan bəzi öhdəliklərini yerinə yetirməyəcəyini açıqlamışdı. Belə ki, prezident Həsən Ruhani İranın istəklərinin ödənilməsi üçün Aİ ölkələri ilə aparılan danışıqların nəticə vermədiyini, bu səbəbdən 2015-ci ildə imzalanan nüvə müqaviləsindəki öhdəliklərini üçüncü dəfə azaldacağını bəyan etmişdi. O, uranın zənginləşdirməsi başda olmaqla nüvə araşdırması və inkişaf etdirməsi barədə müqavilədə olan məhdudiyyətlərə tabe olmayacaqlarını söyləyib. İran prezidenti bu barədə Nüvə Enerji Təşkilatına lazımlı addımlar atılması barədə təlimat da verib. Ruhani, həmçinin İranın nüvə razılaşmasının tərəfi olan ölkələrə İranın istəklərinin ödənilməsi üçün 60 günlük əlavə müddət tanıdıqlarını qeyd edib.

Məqalədə : nüvə sazişi Zərif Moqerini 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19015

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17642

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18987

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18563

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24106

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18541

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18700
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-08-2020 03:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru